Вернуться назад Распечатать

Sahibə Qafarova Qazaxıstana səfər etdi

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib.

1xeber.media xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayının sədr müavini Dinara Zakiyeva, xarici işlər nazirinin müavini Arman İsaqaliyev, Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.