Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində "Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
1xeber.media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, cəmiyyətin işçilərinin say həddi 82 ştat vahidi müəyyən edilib.