“Bytelecom” şirkətində departament rəhbəri təyinatı baş tutub.
1xeber.media Yurd.media-ya istinadla xəbər verir ki,, Gülnar Əsgərova “Bytelecom” şirkətində marketinq departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
O, bundan əvvəl bu ilin oktyabrından noyabrınadək şirkətdə sosial media meneceri olub.
Daha əvvəl isə “Propify Real Estate” şirkətində, “Salut Agency”də, “Synergy Partnership” MMC-də, “GlobalSoft”, “Baku Holiday Travel”, “Digitale Agency” şirkətində çalışıb.
Qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlamış “Bytelecom” hal-hazırda müxtəlif məhsul kateqoriyalarında satışlar həyata keçirən mağazalar şəbəkəsidir. Mağazalarda mobil telefon və smartfonlarla yanaşı ofis və məşiət avadanlıqlarının, kompyüterlərin, oyun konsolları və aksesuarların, eləcə də bir çox elektronika texnikasının satışı həyata keçirilir.