Sabah Ağdaş rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonu Gürcüva kəndi və şəhərin 20 Yanvar, M.Vaqif, Məşəd küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.