Ötən gün Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndidə iki azərbaycanlı qardaşı qətlə yetirən şəxs saxlanılıb.
1xeber.media APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, noyabrın 5-də təqsirləndirilən şəxs əvvəllər yaranmış münaqişə zəminində odlu silahdan bir neçə dəfə atəş açaraq iki nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Hər iki şəxs aldıqları xəsarətlər nəticəsində ölüb. Polis cinayət zamanı istifadə olunan silahı maddi sübut kimi müsadirə edib.
Faktla bağlı iki nəfərin ağırlaşdırıcı hallarda qəsdən öldürülməsi maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsi 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.
Silahlı insident zamanı sağ qalmış, qətlə yetirilmiş şəxslərin qardaşı Elman Usubov yerli mediaya bildirib ki, o, avtomobilin arxasında gizlənərək xilas ola bilib, qardaşları isə qəsdən silahla qətlə yetirilib. O, hadisənin səbəbi ilə bağlı suala dəqiq cavab verə bilməyib.