Вернуться назад Распечатать

Ukrayna məsələsi Aİ-də fikir ayrılıqlarını dərinləşdirdi

1xeber.media xəbər verir ki, Avropa İttifaqında (Aİ) Rusiya ilə mümkün danışıqlarda birliyi kimin təmsil etməli olduğu məsələsi ciddi fikir ayrılığına səbəb olub.

“Rapporteur” nəşrinin məlumatına görə, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Aİ ölkələri danışıqlarda təmsilçilik məsələsi ətrafında mübahisə edirlər.

Nəşr bildirir ki, Avropanın şimal, cənub, şərq və qərb ölkələri İttifaqın maraqlarını kimin müdafiə etməli olduğu barədə fərqli mövqelər irəli sürürlər. Ukraynanın gələcəyinin müzakirəsində aparıcı rol oynamaq uğrunda müxtəlif diplomatik formatlar arasında da rəqabət yaranıb.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Avropa təhlükəsizliyi ilə bağlı müzakirələrin Aİ ölkələrinin iştirakı olmadan mümkün olmadığını bildirmişdi. O, belə müzakirələrin ilkin mərhələdə üçtərəfli formatda aparılacağını vurğulamışdı.

Rusiya Prezidenti Vladimir Putin isə üçtərəfli görüşün əsas məqsədinin yekun sülh razılaşmasına nail olmaq və münaqişə tərəflərinin gələcək təhlükəsizliyini təmin etmək olduğunu qeyd etmişdi.