1xeber.media xəbər verir ki, ABŞ Rusiya ilə Avropada təhlükəsizlik sahəsində mümkün razılaşmanın beş əsas istiqamətini müəyyənləşdirib.
Bu barədə ABŞ liderinin kürəkəni Cared Kuşner “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, mümkün sazişin əsas məqsədi bütün tərəflərin təhlükəsizlik maraqlarını nəzərə almaq, gələcək münaqişə risklərini azaltmaq və Avropada daha sabit təhlükəsizlik mühiti yaratmaqdır.
Kuşner mümkün razılaşmanın beş əsas istiqamətini açıqlayıb:
Təhlükəsizlik məsələləri üzrə daimi məsləhətləşmələrin aparılması;
Böhran vəziyyətlərində etibarlı əlaqə kanallarının yaradılması;
Hərbi sahədə şəffaflığın artırılması;
Gərginliyin artması riskini azaltmaq üçün qarşılıqlı tədbirlərin görülməsi;
Avropada uzunmüddətli təhlükəsizlik və sabitlik üçün dayanıqlı əsasın formalaşdırılması.
Kuşner bildirib ki, bu tədbirlər tərəflər arasında qarşılıqlı etimadın gücləndirilməsinə və mümkün böhranların qarşısının alınmasına xidmət etməlidir.
Qeyd edək ki, Cared Kuşner daha əvvəl Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarda irəliləyiş əldə olunacağı təqdirdə Avropanın da müzakirələrə qoşulmasının mümkünlüyünü bildirmişdi.