Вернуться назад Распечатать

NATO baş katibi rus dilində cavabı ilə diqqət çəkdi

1xeber.media xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte Niderlandın NPO 1 telekanalında yayımlanan proqramda rus dilini bilməsi ilə bağlı suala maraqlı cavab verib.

“Pauw & De Wit” verilişində aparıcı Rüttedən artıq rus dilində danışıb-danışmadığını soruşub. NATO rəhbəri isə niderland dilində “xeyr”, rus dilində isə “sağ ol” deyərək “Net. Spasibo!” cavabını verib.

Bundan sonra aparıcı sualını rus dilində təkrarlayıb. Rütte isə buna gülərək reaksiya verib.

Qeyd edək ki, Rütte daha əvvəl Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında yaxşı münasibətlərin qorunmasının mümkün anlaşılmazlıqların aradan qaldırılması və təhdidlərin qarşısının alınması baxımından vacib olduğunu bildirmişdi.