1xeber.media xəbər verir ki, Roma Papası XIV Leo Cənubi Amerikaya 12 günlük səfərinə başlayıb. Bu, onun uzun illər missioner kimi fəaliyyət göstərdiyi və Peru vətəndaşlığı aldığı regiona ilk böyük səfəridir.
Səfər çərçivəsində Papa Uruqvay, Argentina və Peruya gedəcək. Proqramda 10 şəhərə baş çəkmək, 36 çıxış etmək, açıq havada dini mərasimlər keçirmək və Argentina həbsxanasına səfər nəzərdə tutulub.
XIV Leonun görüşlərində ətraf mühitin qorunması, silah qaçaqmalçılığı və siyasi qeyri-sabitlik kimi məsələlərə toxunacağı gözlənilir. O, həmçinin Argentinanın prezidenti Xavyer Miley ilə görüşəcək.
Qeyd edək ki, Papa oktyabr ayında ağciyərindəki şişlə bağlı əməliyyat keçirib. Vatikan onun hazırda səfər üçün sağlamlıq baxımından hazır olduğunu bildirib.