Вернуться назад Распечатать

Ermənistan KTMT-yə qayıda bilər – Moskvadan açıqlama

1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yenidən qayıda biləcəyini bildirib.

Zaxarovanın sözlərinə görə, Ermənistan təşkilatda tamhüquqlu iştirakını bərpa etmək imkanına malikdir və heç kim ölkəni KTMT-də qalmağa məcbur etməyəcək.

Bu açıqlama İrəvanla Moskva arasında münasibətlərin və Ermənistanın təhlükəsizlik siyasətinin müzakirə olunduğu bir vaxta təsadüf edir.

Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin KTMT-də iştirakına marağının tükəndiyini bildirmişdi.