1xeber.media xəbər verir ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına qarşı pilotsuz uçuş aparatları ilə hücumları ölkədə dizel yanacağı təchizatı ilə bağlı çətinlikləri artırır.
“Reuters”in məlumatına görə, Rusiyanın Ryazan şəhərində yerləşən iri neft emalı zavodunun da hücuma məruz qaldığı ehtimal olunur. Bundan əvvəl Yaroslavl şəhərindəki zavodun hədəf alındığı bildirilmişdi.
Hücumlar nəticəsində Rusiyanın bəzi emal gücləri sıradan çıxıb və ölkə daxili yanacaq bazarında təzyiq artıb. Moskva əvvəllər yanacaq ixracına məhdudiyyətlər tətbiq etsə də, sonradan dizel ixracının bir hissəsini bərpa edib.
Məlumata görə, Rusiya dizel yanacağı daşıyan bir neçə tanker ABŞ istiqamətində hərəkət etdiyini bildirib. Lakin həmin yüklərin ABŞ-a çatdırılması ilə bağlı hüquqi və sanksiya maneələri qalmaqdadır.