Вернуться назад Распечатать

Tramp Ağ Evdə dəyişiklikləri qorumaq üçün sərəncam imzaladı

1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində və Nazirlər Kabinetinin iclas otağında həyata keçirilən dəyişikliklərin qorunması ilə bağlı sərəncam imzalayıb.

Associated Press-in məlumatına görə, Tramp bu addımı Ağ Evin interyerində etdiyi yeniliklərin gələcəkdə saxlanılması məqsədilə atdığını bildirib.

Bununla belə, sərəncam gələcək prezidentlərin həmin otaqlarda dəyişiklik etməsinə və ya sənədi ləğv etməsinə hüquqi maneə yaratmır.

Qeyd edək ki, bu addım ABŞ-da aralıq seçkilərində respublikaçıların məğlubiyyətindən sonra Tramp administrasiyasının gündəminə düşüb. Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçiriblər.