Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil olunub.
1xeber.media xəbər verir ki,tədbirdə Agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədov, Agentliyin digər rəhbər şəxsləri, tabeli qurumların rəhbərləri, şöbə və sektor müdirləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətini və xalqımızın qəhrəmanlıq salnaməsini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra Vətən müharibəsində iştirak etmiş 15 nəfərə göstərdikləri şücaət və xidmətlərə görə fəxri fərmanlar təqdim edilib.
Zəfərimiz xalqımızın birliyinin, milli həmrəyliyinin və sarsılmaz iradəsinin təcəssümüdür.
Bu möhtəşəm Qələbə uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, qazilərimizin qəhrəmanlığı isə gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq.








