Вернуться назад Распечатать

“Brent” nefti bahalaşdı

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin yanvar müqaviləsinin dəyəri 0,03% artaraq 1 barelə görə 98,32 ABŞ dolları təşkil edib.

1xeber.media xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,34% artaraq 90,83 ABŞ dollarına bərabər olub.