Nərimanov Rayon İcra Hakimiyyətinin və YAP Nərimanov təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
1xeber.media xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, millət vəkilləri, incəsənət xadimləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və rayon ictimaiyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Azərbaycanın bu gün dünyada gedən proseslərdə, regionun və dünyanın yeni iqtisadi-siyasi arxitekturasının formalaşmasında fəal iştirtak etdiyini bildirib.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev isə bildirib ki, Azərbaycanın qələbəsi təkcə hərbi deyil, eyni zamanda iqtisadiyyatın, səmərəli dövlət idarəçiliyinin, cəmiyyətin sıx birliyinin nəticəsi idi.
Tədbirdə şəhid ailələrinə xüsusi minnətdarlıq ifadə edilərək, şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşına əbədi həkk olunduğu qeyd olunub.
Tədbirdə çıxış edən Millət vəkili Samir Vəliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov Ağsaqqallar şurasının sədri Arif Hümbətov və digər natiqlər də Vətən müharibəsində əldə olunan Böyük Zəfərin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticəsi olduğunu qeyd ediblər.
Tədbir tanınmış incəsənət xadimlərinin musiqili ifaları ilə davam edib.