Вернуться назад Распечатать

Sabirabad rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində yol kənarında ağacəkmə aksiyası keçirilib. 

1xeber.media xəbər verir ki.aksiyada Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivi, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları, eləcə də rayon ictimaiyyətinin və gənclərin nümayəndələri iştirak ediblər.
Zəfər Günü münasibətilə təşkil olunan ağacəkmə aksiyasında yol kənarında 1,2 hektar ərazini əhatə edən sahədə 5700 ədəd müxtəlif növdə - alyandra, evkalipt, xan çinarı, zeytun, Ağdaş rayonundan gətirilmiş heyva və Göyçay rayonundan gətirilmiş nar ağaclarından ibarət yaşıllıq zolağı salınıb. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib.