Aktyor Azər Baxşəliyev 39 yaşında vəfat edib.
1xeber.media xəbər verir ki, uzun müddətdir, böyrək çatışmazlığından əziyyət çəkən aktyor bu gün xəstəxanada vəfat edib.
A.Baxşəliyevə böyrəkköçürmə əməliyyatı üçün xeyli vaxt idi ki, donr axtarılırdı
Qeyd edək ki, Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşıb. Evli idi, bir övladı yadigar qalıb.
***
Aktyor İlkin Həsəni Oxu.Aza-a açıqlamasında bildirib ki, ölüm xəbəri yayılan həmkarı Azər Baxşəliyev hazırda komadadır.
Onun sözlərinə görə, A.Baxşəliyev dövlət xəstəxanalarından birindədir.
***
TƏBİB-dən bildirilib ki, aktyor Azər Baxşəliyevlə bağlı qurumun tabeliyindəki tibb müəssisələrinə müraciət daxil olmayıb.
***
Azərbaycan Tibb Universitetindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq qeyd edilib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən Azər Baxşəliyev az öncə vəfat edib.