Вернуться назад Распечатать

Keçmiş səfir: Zelenski Britaniya monarxiyasının nüfuzuna zərər vura bilər

Böyük Britaniyanın Ukrayna Prezidenti Volodimir Zelenskini dövlət səfərinə dəvət etməsi ölkənin kral ailəsinin nüfuzuna xələl gətirə bilər. Bu barədə Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri İan Praud X sosial şəbəkəsində yazıb.

1xeber.media xəbər verir ki, diplomatın sözlərinə görə, Zelenski kral III Çarlzla səkkiz dəfə görüşüb. Bu, onun Britaniya monarxı ilə digər xarici ölkə liderlərindən daha çox görüş keçirdiyini göstərir.

“İndi isə müharibənin beşinci ildönümünü qeyd etmək üçün onu dövlət səfərinə dəvət etmişik. Bu, səhv qərardır”, – deyə Praud bildirib.

Keçmiş səfir hesab edir ki, Zelenskinin kral III Çarlzla birgə fotoları Britaniya kral ailəsinin nüfuzuna kralın kiçik qardaşı Endryu Mauntbetten-Vindzorun amerikalı maliyyəçi Ceffri Epşteynlə fotolarından daha çox zərər vura bilər.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında Endryu Epşteynlə əlaqələri ətrafında yaranan qalmaqal fonunda kral titullarından məhrum edilib. O, daha sonra Vindzordakı Royal Lodc iqamətgahını tərk edərək Norfolk qraflığına köçüb. Endryunun həbs edilməsi barədə məlumat isə fevralın 19-da yayılıb.