Вернуться назад Распечатать

Şamaxıda təntənəli tədbir keçirilib - Fotolar

8 Noyabr - Zəfər Günü münasibətilə Şamaxıda təntənəli tədbir keçirilib. 

1xeber.media xəbər verir ki, təbdirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib, Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Şamaxı Rayon Mədəniyyət Mərkəzində mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bayram konserti təşkil olunub. Proqramda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” ansamblının müşayiəti ilə ansamblın bədii rəhbəri Ruslan Adgözəlovun, respublikanın Əməkdar artisti Şirzad Fətəliyevin, respublikanın Əməkdar mədəniyyət işçisi Ağamurad İsrafilovun, Muğam Televiziya Müsabiqəsinin laureatı Vəliş Mirzəyevin, ifaçılar Faiq Mirzəyev, Rəqsanə Ağayeva, Renat Zərbalıyev, Elim Ömərov, Zümrüd Kərimova, Elvin Abdullayev və Samirə Şamaxılının ifasında xalq və bəstəkar mahnılar səsləndirilib. 

Tədbirdə həmçinin Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin xor kollektivi, nağaraçalanlar ansamblı və “Buta” rəqs qrupu çıxış edib.

Respublikamızın hər yerində olduğu kimi Şamaxıda da Şanlı Qələbəmizlə əlaqədar ağaclar əkilib.