Вернуться назад Распечатать

Bakıda Zəfər Günü münasibətilə küçə və prospektlər bayraq rənglərinə bürünüb – FOTO

Paytaxt Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə xüsusi bayram görüntüləri diqqət çəkir.

1xeber.media xəbər verir ki, paytaxtın əsas avtomobil yollarında yerləşən elektron reklam lövhələrində Azərbaycan bayrağı və Zəfər Gününə həsr olunmuş görüntülər nümayiş etdirilir.

Lövhələrdə üçrəngli bayrağımız, “8 Noyabr – Zəfər Günü” yazısı və bayramın rəmzləri əks olunub.

Paytaxt yollarından çəkilən fotolarda bayram ab-havası aydın görünür.