Вернуться назад Распечатать

Ərdoğan Azərbaycana gəldi - YENİLƏNİB (VİDEO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.

1xeber.media xəbər verir ki, Türkiyə prezidentinin təyyarəsi hava limanına eniş edib.

***

Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb. 

1xeber.media xəbər verir ki, Ərdoğan Şuşada rəsmi mərasimlə qarşılanacaq. O, Prezident İlham Əliyevlə danışıqlar aparacaq və bundan sonra liderlər birgə bəyanat yayacaqlar.

Səfər proqramına həmçinin Xocalı Soyqırımı Memorialı və Muzeyinə, Xankəndindəki Qələbə Abidəsinə ziyarət və rəsmi şam yeməyi daxildir.

Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan müşayiət edir.

Bununla yanaşı, səfərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, kənd təsərrüfatı naziri İbrahim Yumaklı və digər rəsmilər iştirak edir.