Вернуться назад Распечатать

Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var

2026-cı ilin yanvar-sentyabr aylarında miqrasiya qanunvericiliyini pozduğuna görə Gürcüstandan ən çox Türkiyə vətəndaşları deportasiya edilib.

1xeber.media “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda deyilir. 

Ümumilikdə bu ilin ilk doqquz ayı ərzində Gürcüstandan 3170 əcnəbi çıxarılıb ki, bu da 2025-ci ilin ümumi göstəricisindən təxminən 2,5 dəfə çoxdur.

Beləliklə, ölkədən deportasiya edilənlər arasında ən çox Türkiyə vətəndaşları olub - 791 nəfər. İkinci yerdə 306 nəfərlə Hindistan, üçüncü yerdə isə 274 nəfərlə Türkmənistan vətəndaşları qərarlaşıb. 

İlk onluqda həmçinin Rusiya (254 nəfər), İran (180 nəfər), Azərbaycan (143 nəfər), Çin (119 nəfər), Pakistan (101 nəfər), Özbəkistan (87 nəfər) və Nigeriya (76 nəfər) yer alıb.