8 Noyabr - Zəfər Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin kollektivi Bakıdakı Zəfər Parkını ziyarət edib.
Bu barədə 1xeber.media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, zəfər abidəsinin önünə gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

