Dünyaca məşhur Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsində paylaşım olunub.
Qeyd edilib ki, şəlalənin mavi-qırmızı-yaşıl tonlarda işıqlandırılması 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Gününün qeyd edilməsinə həsr olunub.