Вернуться назад Распечатать

Bakıda ağac maşının üzərinə aşdı - FOTO

Bakının Suraxanı rayonunda güclü külək fəsadlar törədib.

1xeber.media xəbər verir ki, hadisə paytaxtın Suraxanı qəsəbəsində baş verib.

Məlumata görə. küləyin təsiri nəticəsində iri gövdəli ağac aşıb. Ağac yaxınlıqda park edilmiş minik avtomobilinin üzərinə düşüb.

Hadisə zamanı ərazidən keçən qaz xətti də zədələnib.

Aidiyyəti qurumların əməkdaşlarının hadisə yerinə cəlb olunduğu bildirilir.