Вернуться назад Распечатать

Paşinyan Türkiyəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək.

1xeber.media xəbər verir ki, o, Antalyada keçiriləcək BMT-nin 31-ci İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək.

Qeyd edək ki, COP31 noyabrın 9-da başlayıb və noyabrın 20-dək davam edəcək. Konfrans çərçivəsində noyabrın 11-12-də dövlət və hökumət başçılarının sammiti keçiriləcək. Görüşdə iqlim dəyişikliyinin azaldılması və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.