Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Tariyel Məmmədov 77 yaşında vəfat edib.
1xeber.media xəbər verir ki, o, 1994-2014-cü illərdə sözügedən vəzifədə çalışıb.
T. Məmmədov bu müddətdə Şəmkirin keçmiş icra başçıları Aslan Aslanov (1993-2005) və Nazim Veysovun (2005-2014) birinci müavini olub.
Qeyd edək ki, T. Məmmədov 2006-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.