1xeber.media xəbər verir ki, Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb.
Mənbə agentliyə bildirib ki, "Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqlar Əbu-Dabidə start götürüb".
Daha əvvəl xəbər verilmişdi ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli Moskva, Kiyev və Vaşinqton arasında aparılan müzakirələrin gündəliyindəki məsələlərdən yalnız biridir.
Danışıqlarda Rusiyanı Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, Federal Təhlükəsizlik Xidmətinin (FTX) Operativ Məlumat və Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri Aleksey Komkov, eləcə də Silahlı Qüvvələrin Baş Qərargahının nümayəndəsi İqor Kostyukov təmsil edirlər.