Вернуться назад Распечатать

Medinski Ukrayna ilə bağlı danışıqların əvvəlində ABŞ-a müraciət etdi

1xeber.media xəbər verir ki, üçtərəfli danışıqların əvvəlində Rusiya nümayəndə heyətinin rəhbəri, Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski Ukraynadakı münaqişənin həlli istiqamətində göstərdiyi sülhməramlı səylərə görə ABŞ-a, qonaqpərvərliyinə görə isə BƏƏ-yə təşəkkürünü bildirib.

"Qonaqpərvərliyinizə görə çox sağ olun. Həmçinin, sülhməramlı səylərinə görə amerikalı tərəfdaşlarımıza da təşəkkür etmək istərdim. Ümid edirik ki, tərəfimizdən daha geniş və daha peşəkar heyətlə təmsil olunduğumuz bugünkü görüş sülhə doğru irəliləyiş əldə etməyə imkan verəcək", - deyə o vurğulayıb.

Medinski həmçinin ümidvar olduğunu bildirib ki, bu görüş həm Rusiya, həm də Ukrayna xalqlarının mənafelərinə xidmət edən bir həll yolu ilə nəticələnəcək.