1xeber.media xəbər verir ki, Əbu-Dabidə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlarda Avropa ölkələrinin nümayəndələri iştirak etmir.
Məlumata görə, danışıqların keçirildiyi zalda əsas masada ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan əyləşiblər.
Qeyd olunur ki, danışıqlar Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılır. ABŞ tərəfinin xüsusi elçiləri və BƏƏ xarici işlər naziri də prosesdə iştirak edirlər.
Diqqət çəkən məqam isə Fransa rəsmilərinin Avropa nümayəndələrinin danışıqlarda iştirakı ilə bağlı səsləndirdiyi açıqlamalara baxmayaraq, avropalıların əsas danışıqlar masasında yer almamasıdır.
Beləliklə, Əbu-Dabidəki görüşdə əsas diqqət Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan müzakirələrə və ABŞ-ın vasitəçilik səylərinə yönəlib.