Вернуться назад Распечатать

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlara fasilə verilib – Nümayəndə heyətlərinin tərkibi açıqlanıb

1xeber.media xəbər verir ki, noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar başlayıb.

Məlumata görə, Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Nümayəndə heyətinin tərkibinə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, xarici işlər nazirinin müavini Sergey Ryabkov və Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsi Aleksey Komkov daxildir.

Bildirilib ki, tərəflər arasında müzakirələr yerli vaxtla saat 12:20-də (Moskva vaxtı ilə 11:20) başlayıb. Təxminən saat 14:00-da (Moskva vaxtı ilə 13:00) isə Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlara fasilə veriblər.

“Danışıqlarda fasilə elan olunub”, – deyə mənbə bildirib.

Fasilənin nə qədər davam edəcəyi və müzakirələrin nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda ABŞ tərəfini prezidentin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner təmsil edirlər. Görüşlərin əsas məqsədi Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin müzakirəsidir.