Вернуться назад Распечатать

Ermənistanın Diaspora üzrə ali komissarı Türkiyəyə səfər edib

1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Diaspora İşləri üzrə Ali Komissar Zare Sinanyan üç günlük işgüzar səfərlə Türkiyəyə yola düşüb.

Bu barədə “Armenian News” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Sinanyan səfər çərçivəsində İstanbulda erməni icmalarının nümayəndələri, təhsil və mədəniyyət mərkəzlərinin rəhbərləri, erməni təşkilatlarının təmsilçiləri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən erməni əsilli şəxslərlə görüşlər keçirəcək.

Görüşlər zamanı mövcud əlaqələrin gücləndirilməsi və gələcək əməkdaşlığın mümkün istiqamətlərinin müzakirəsi nəzərdə tutulur.

Səfərin əsas məqsədinin Türkiyədə yaşayan erməni icması ilə əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi olduğu bildirilir.