Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12
noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan
Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır.
Dövlətimizin mövcud olduğu illər ərzində isə qəbul edilmiş 4-cü Konstitusiyadır.
Konstitusiyanın yaranmasında təşəbbüs göstərmiş Ümummilli liderimiz Heydər Əliyevin 1996-
cı il 1 noyabr Fərmanına əsasən hər il 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya
Günü kimi qeyd edilir.
Azərbaycanın ilk Konstitusiyası kimi 1921-ci ildə Bakıda keçirilən Azərbaycan SSR-in
Birinci Sovetlər qurultayı zamanı birinci Konstitusiyanı qəbul etdi. Lakin məlum məsələdir ki,
bu Konstitusiya formal xarakter daşıyırdı. Sənəddə qeyd edilən geniş şəkildə verilmiş insan
hüquqları və azadlıqları reallıqda öz əksini tapmadı. 1925-ci ildə yeni Konstitusya qəbul edildi.
Bu Konstitusiya da ilk dəfə qəbul edilmiş Konstitusiya əsaslanırdı. Və 1978-ci ildə Azərbaycan
SSR-nin sonuncu Konstitusiyası qəbul edildi. SSR dövründə qəbul edilmiş bu Konstitusiyalar
mahiyyət etibarı ilə demək olar ki, bir-birini təkrar edirdi. Amma sonuncu Konstitusiya
digərlərindən fərqli idi. Həmin dövrdə Azərbaycan SSR Ali Sovetində Ümummilli Lider Heydər
Əliyev məruzə ilə çıxış etdi. Məruzədə Azərbaycan dilinin dövlət dili olması tələbini irəli sürdü
və Konstitusiyada öz əksini tapdı. Bu, təşəbbüs Ulu Öndərin Azərbaycan dövlətçiliyinə və
xalqımıza qarşı sadiqliyinin, bağlılığının sübutudur. Həmin dövrdə belə bir addım atmaq, tələb
irəli sürmək və istədiyinə nail olmaq böyük cəsarət tələb edirdi. Azərbyacan SSR-nin son
Konstitusiyası 1995-ci il Konstitusiyası qəbul edilənədək qüvvədə qaldı.
Ümummilli Lider Heydər Əliyevin qəti qərarı ilə 1995-ci il Konstitusiyasının yaradılması
üçün ciddi işlərə başlanıldı. Heydər Əliyevin rəhbərliyi altında komissiya təşkil edildi və
referendum keçirildi. Referendum əsasında müstəqil tariximizdə ilk Konstitusiya qəbul edildi.
Bu ölkəmiz üçün çox mühüm hadisə idi. Bununla Azərbaycan yenidən öz dövlətçilik
ənənələrini bərpa etdi. Artıq hər hansı bir ölkənin qanunları əsasında deyil, öz qanunlarımız
əsasında hər bir sahədə fəaliyyətimiz təşkil olunurdu. Azərbaycanın hazırda istifadə etdiyi
Konstitusiya 12 fəsil, 5 bölmə və 158 maddədən ibarətdir.
Azərbaycan Respublikası Konstitusiyasının elə 1-ci maddəsində hakimiyyətin yeganə
mənbəyinin xalq olduğu qeyd edilmişdir. Bu da hələ həmin dövrdə xalqımıza göstərilən
diqqətin göstəricisidir. Yeni Konstitusiya demokratiklik, hüquqi və dünyəvilik prinsiplərinə
əsaslanırdı. Burada vətəndaşların hüquq və azadlıqlarının, suverenliyimizin, müstəqilliyimizin
qorunmasına xüsusi yer verilmişdi. Hər bir vətəndaş Konstitusiyada qeyd edilmiş qanunlara
əməl etməli və hörmətlə yanaşmalıdır.
Azərbaycan Respublikasında yeni Konstitusiya qəbul edilərkən, beynəlxalq hüquq
normaları, müqavilələr, Avropa Konvensiyası və bu kimi Azərbaycan dövlətinin tərəfdar
çıxdığı digər beynəlxalq müqavilələrə əsasən tətbiq edilir. Eləcə də dini, irqi, milli, etnik
mənsubiyyətinə, mədəniyyətinə, sosial vəziyyətində fərqə baxmayaraq bərabərlik prinsipi
Konstitusiyamızda əsas maddə olaraq qeyd edilir və bu maddədən irəli gələn tələblərin yerinə
yetirilməsinə nəzarət edilir.
Konstitusiya qəbul olunduqdan sonra bir neçə dəfə əlavə və dəyişikliklər edilmişdir.
2002-ci ildə referendum yolu ilə dəyişikliklər, 2009-cu ildə və 2016-cı ildə əlavə və dəyişikliklər
edilmişdır. Bu da zamanın tələbindən irəli gələn yeniliklərin, dünyamızda, ölkəmizdə yaranan
dəyişiklilərin, islahatların vətəndaşlarımız üçün də əl çatan olması, dünyada tətbiq olunan
insan hüquq və azadlıqlarının bizim vətəndaşlarımızın yararlanması üçün tətbiq edilən
yeniliklərdəndir. Xüsusi qeyd etmək istərdim ki, burada insan hüquq və azadlıqlarının
qorunmasına önəmli rol oynayır.
Azərbaycan vətəndaşlarının təhlükəsiz şəraitdə, firavan, azad, ədalətli cəmiyyətdə,
suveren, demokratik, hüquqi dövlətdə, bərabərhüquqlu əsaslarla, heç bir ayrı – seçkiliyə
əsaslanmayan, qanunla təsbit edilmiş şəkildə yaşamaq hüququ var.
Məstalı Nuriyev,
67 saylı Sabirabad Dairə Seçki Komissiyasının sədri