Вернуться назад Распечатать

Zelenski: Donbasdan imtina etməyəcəyik

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Donbasdan geri çəkilmək üçün Kiyevə təzyiq göstərilməsini Rusiya ilə razılaşmağın ən asan yolu adlandırıb.

Zelenski bildirib ki, Ukrayna belə bir razılaşmaya hazır deyil. O, ABŞ və Avropanın münaqişənin həlli üçün alternativ yol tapacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın 10-da Əbu-Dabidə başlayıb. Danışıqlarda ərazi məsələsinin müzakirəsi gözlənilir.