Rusiya ilə Polşa arasında münasibətlər hazırda faktiki olaraq mövcud deyil.
1xeber.media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov noyabrın 11-də keçirdiyi brifinqdə bildirib.
O, casusluqda şübhəli bilinən Polşa vətəndaşlarının saxlanılmasının iki ölkə arasında münasibətləri daha da gərginləşdirə biləcəyi ilə bağlı suala cavab verib.
Peskov qeyd edib ki, Rusiya ilə Polşa və Avropa İttifaqı arasındakı münasibətləri daha da çətinləşdirmək artıq çox çətindir, çünki hazırda bu münasibətlər faktiki olaraq yoxdur.