NATO qırıcıları Litvanın hava məkanını pozan pilotsuz uçuş aparatını (PUA) məhv edə bilməyib.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 11-də Litva Müdafiə Qərargahının rəisi Gedryus Premenetskas məlumat verib.
Onun sözlərinə görə, qırıcılar dronu vurmaq üçün iki dəfə cəhd etsə də, buna nail ola bilməyib. Atılan raketlərdən biri hədəfə dəyməyərək Birjay bölgəsinə düşüb və sonradan aşkarlanıb.
Premenetskas dronun Ukraynaya məxsus ola biləcəyini ehtimal edib. O bildirib ki, həmin gecə Ukrayna Rusiyaya qarşı genişmiqyaslı PUA hücumu planlaşdırıb.
Litva rəsmisi NATO qırıcılarının atəş açdığını, lakin müxtəlif səbəblərdən dronu məhv edə bilmədiklərini qeyd edib.