Bəzən ən güclü siyasi bəyanatlar rəsmi sənədlərdə deyil, liderlərin bir-birinə olan səmimi baxışlarında, dostcasına təbəssümlərində və isti qucaqlaşmalarında gizlənir.
1xeber.media xəbər verir ki,Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın dünya liderlərinin toplandığı arenadakı bu səmimi anları sadəcə iki dövlət başçısının deyil, iki qardaş xalqın bir-birinə olan sarsılmaz güvəninin rəmzidir. Dünya dəyişir, qlobal siyasətin dinamikası yenilənir, amma Azərbaycan-Türkiyə birliyi hər zaman sabit və sarsılmaz qalır!