Вернуться назад Распечатать

Medinski: Əbu-Dabi danışıqlarında bəzi məsələlər üzrə anlaşma əldə olunub

Rusiya, Ukrayna və ABŞ nümayəndələri Əbu-Dabidə keçirilən danışıqlarda münaqişənin həlli və Avropanın gələcək təhlükəsizlik sistemi ilə bağlı mövqelərini müzakirə ediblər.

1xeber.media xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, bəzi məsələlər üzrə tərəflər arasında qarşılıqlı anlaşma əldə edilsə də, bir sıra mövzularda fikir ayrılıqları qalır.

Medinski Avropada yeni, hərtərəfli və ədalətli təhlükəsizlik sisteminin yaradılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Ukraynadakı münaqişə mövcud təhlükəsizlik sisteminin ciddi problemlərini üzə çıxarıb.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar iki gün davam edib.