Вернуться назад Распечатать

Gəncədə 4.6 milyon hara xərclənəcək?

 Gəncə şəhərində genişmiqyaslı abadlıq və yenidənqurma tədbirlərinə start verilir.  

1xeber.media  bildirir ki, Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sifarişi ilə həyata keçiriləcək layihə çərçivəsində Gəncənin küçə, prospekt və parklarında, eləcə də yaşayış binalarının məhəllələrində kompleks abadlaşdırma işləri aparılacaq. İnfrastrukturun yenilənməsini nəzərdə tutan layihənin icrası "Gəncə Körpü Tikinti-2" ASC-yə tapşırılıb və işlərin həyata keçirilməsi üçün 4 milyon 598 min 827 manat vəsait yönəldiləcək.