Вернуться назад Распечатать

Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı

Moskvada vəfat edən Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşinin Vətənə gətiriləcəyi vaxt və dəfn olunacağı yer məlum olub.

1xeber.media xəbər verir ki, mərhumun nəşi sabah səhər saat 04:00-05:00-də Azərbaycana gətiriləcək. Onun saat 10 radələrində doğulduğu Lerik rayonunun Çayrud kəndində dəfn olunması nəzərdə tutulub.

Qeyd edək ki, 70 yaşlı aktyor Aslan Fətullayev dünən Moskvada vəfat edib. Yaxınlarının bildirdiyinə görə, o, bir müddət əvvəl Moskvada əməliyyat olunub./Oxu.az