Вернуться назад Распечатать

Aİ Rusiyaya qarşı yeni sanksiyalar barədə razılığa gəlib

Avropa İttifaqı Rusiyaya qarşı maliyyə sektoru, “kölgə donanması” və dezinformasiya kampaniyaları ilə bağlı yeni məhdudiyyətlər barədə razılığa gəlib.

1xeber.media xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Aİ nümayəndələri 145 fiziki şəxs və təşkilata qarşı sanksiyaları razılaşdırıblar. Müvafiq siyahıların noyabrın 16-da üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməsi gözlənilir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Avropanın Rusiyaya qarşı sanksiya siyasətini tənqid edib. O bildirib ki, Brüsseldə sanksiyalar artıq xarici siyasət vasitəsindən çox, özlüyündə məqsədə çevrilib.