Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı özünə birləşdirmək planı ilə bağlı istehzalı açıqlama verib.
1xeber.media xəbər verir ki, Zelenski Danimarka parlamentində çıxışı zamanı bu məsələni gündəmə gətirib.
O bildirib ki, ola bilsin, ABŞ-da kimsə vaxtilə Qrenlandiyanı istədiyini düşünsə də, əslində onun məqsədi bir qədər daha çox danimarkalı olmaq olub.
Qeyd edək ki, Tramp daha əvvəl Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ideyasını gündəmə gətirmişdi.