Вернуться назад Распечатать

Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev vəfat edib

Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Darçiyev 66 yaşında vəfat edib.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 11-də Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında diplomatın qəfil vəfat etdiyi bildirilib.

Rusiya XİN Darçiyevi görkəmli diplomat, təcrübəli rəhbər və ABŞ üzrə tanınmış mütəxəssis kimi xarakterizə edib. Qeyd olunub ki, o, Rusiyanın xarici siyasətinin ən məsuliyyətli istiqamətlərindən birində fəaliyyət göstərib.