Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər ikili standartlara yol vermədən terrorizmə qarşı geniş beynəlxalq cəbhənin yaradılmasının tərəfdarı olduqlarını bəyan ediblər.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 11-də Kremlin saytında dərc olunan KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsində bildirilib.
Sənəddə üzv ölkələrin kollektiv təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək və böhran vəziyyətlərinə reaksiya mexanizmlərini təkmilləşdirmək niyyətində olduqları qeyd edilib.
Bəyannamədə həmçinin digər hərbi ittifaqların infrastrukturunun KTMT ölkələrinin sərhədlərinə yaxınlaşmasından narahatlıq ifadə olunub.
Üzv dövlətlər kosmosda silahlanma yarışının qarşısının alınması, nüvə silahlarının yayılmaması və kimyəvi-bioloji silahların qadağan edilməsi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də çağırıblar.