Вернуться назад Распечатать

Rusiya ordusu Odessa limanlarına gedən quru yük gəmisini vurub

Rusiya ordusu Odessa vilayətinin limanlarına doğru hərəkət edən quru yük gəmisinə zərbə endirib.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 12-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum zamanı yerüstü bazalı yüksək dəqiqlikli silahlardan və uzaqmənzilli zərbə PUA-larından istifadə olunub.

Nazirlik gəminin vurulduğunu təsdiqləsə də, hadisənin nəticələri və mümkün itkilər barədə əlavə məlumat verməyib.