Вернуться назад Распечатать

Mingəçevirin 78 illiyində rektor Anar Eminov təltif edilib

Noyabrın 11-də Mingəçevir Dövlət Dram Teatrında şəhərə şəhər statusu verilməsinin 78-ci ildönümünə həsr olunan təntənəli tədbir keçirilib.

1xeber.media xəbər verir ki, mərasimdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov şəhərin elm və təhsil həyatının inkişafına verdiyi töhfələrə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.

Təltif zamanı rektorun yüksəkixtisaslı kadr hazırlığının təşkilində, universitetin elmi-akademik potensialının gücləndirilməsində və şəhərin ictimai həyatında fəal iştirakında xidmətləri qeyd edilib.

Şəhər rəhbərliyi, elm, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Mingəçevirin inkişaf yolu və gələcək perspektivlərindən danışılıb. Mərasim konsert proqramı ilə davam edib