Slovakiya Prezidenti Peter Pelleqrini hesab edir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynaya növbəti bir-iki il ərzində maliyyə və hərbi dəstəyini davam etdirməsi cəbhədə ciddi dəyişikliklərə səbəb olmayacaq.
1xeber.media xəbər verir ki, Pelleqrini bu barədə noyabrın 11-də jurnalistlərə açıqlamasında bildirib.
Slovakiya liderinin sözlərinə görə, Ukraynaya uzunmüddətli maliyyə və hərbi yardımın göstərilməsi yaxın bir-iki il ərzində cəbhə xəttində əhəmiyyətli nəticələr verməyəcək.
“Getdikcə aydın olur ki, uzunmüddətli perspektivdə, yaxın bir-iki il ərzində maliyyə və hərbi yardımın davam etdirilməsi cəbhədə hər hansı ciddi dəyişikliyə səbəb olmayacaq”, – deyə Pelleqrini qeyd edib.
Prezident vurğulayıb ki, yaranmış vəziyyətdə Ukrayna böhranından çıxış üçün diplomatik yolların axtarışına başlanılmalıdır. Onun fikrincə, bu istiqamətdə addımlar mümkün qədər tez atılmalıdır.