Rusiyanın Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev noyabrın 12-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu və Donald Trampın kürəkəni Cared Kuşneri Moskvada qarşılayıb.
1xeber.media xəbər verir ki, Dmitriyev amerikalı nümayəndələri Rusiya milli komandasının idman geyimində qarşılayıb.
O, bu barədə sosial şəbəkənin X platformasındakı hesabında paylaşım edib.
Dmitriyevin paylaşdığı videoda onun Uitkoffla əl sıxaraq söhbət etdiyi, Kuşnerin isə onların yanında dayandığı görünür.
“Stiven və Caredi Moskvada salamlayıram”, – deyə Dmitriyev paylaşımında qeyd edib.
O, həmçinin hava limanında keçirilən qarşılanma mərasimindən fotolar yayımlayıb.