Вернуться назад Распечатать

Ermənistan Prezidenti ABŞ-la “Tramp marşrutu” sazişini imzalayıb

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ABŞ-la “Tramp marşrutu” (TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi üzrə çərçivə sazişinin ratifikasiyasına dair qanunu imzalayıb.

1xeber.media xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xaçaturyan sənədi noyabrın 10-da imzalayıb. Saziş Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan marşrut layihəsi ilə bağlıdır.

Bundan əlavə, Ermənistan Prezidenti Sülh Şurasının nizamnaməsinin ratifikasiyası haqqında qanunu, eləcə də Birləşmiş Ərəb Əmirlikləri ilə xidmət ticarəti və investisiyalar sahəsində əməkdaşlığa dair sənədləri imzalayıb.

Qeyd edək ki, oktyabrın 28-də Ermənistan parlamenti ABŞ-la sözügedən sazişi ratifikasiya edib. Sənədin lehinə hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından 63 deputat səs verib, müxalifətdən olan 32 deputat isə əleyhinə çıxıb.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın TRIPP layihəsində iştirak formatlarını Ermənistanla müzakirə etməyə hazır olduğunu bildirmişdi.