Вернуться назад Распечатать

Uşakov Uitkoff və Kuşnerin qaldığı hotelə gəlib

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov noyabrın 12-də Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşnerin qaldığı hotelə gəlib.

1xeber.media xəbər verir ki, Uşakovun olduğu avtomobil karvanı polis müşayiəti ilə günün əvvəlində Vnukovo hava limanından yola düşüb.

Daha sonra Uitkoff və Kuşner Kremlin yaxınlığında yerləşən “Four Seasons” hotelinə gəliblər.

Qeyd edək ki, Kuşner bir gün əvvəl özü və Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edəcəklərini açıqlamışdı.

ABŞ nümayəndəsi səfərin məqsədlərindən birinin Avropa tərəfdaşlarının da danışıqlara cəlb olunması imkanlarını müzakirə etmək olduğunu vurğulayıb.